
Xiaomi Mi Notebook Pro-nun texniki göstəriciləri sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Bu il "Xiaomi”şirkəti öz ilk noutbook modeli Mi Notebook Air-i təqdim etdi.
Noutbook, MacBook Air-ə çox bənzəyirdi. Sabah, şirkət, Xiaomi Mi Notebook Pro adlı portativ noutbookunu təqdim edəcəyi prezentasiya
keçirəcək. Artıq əldə olunan məlumata əsasən yeni modelin üstün cəhətlərindən
biri LTE dəstəyinin olacağıdır. Noutbook barədə rəsmi məlumatlar olmasa da bəzi
mənbələrdən çox maraqlı təfərrüatlar əldə olunub. Beləliklə məlumata əsasən
Xiaomi Mi Notebook Pro daha vacib xüsusiyyətlərinə görə Mi Notebook Air-dən fərqlənəcək.
Deməli cihazın ekranı 4K dəstəkli olacaq və iki versiyada (12.5 və 16.5 inç)
satışa çıxacaq.
Texniki göstəricilərinə gəldikdə isə noutbook, 4 nüvəli
Intel i7-6700HQ prosessoru, GTX 960M videokartı, LPDDR standartlı 16 GB RAM və 512
GB SSD daxili yaddaş ilə təchiz olunacaq. Qeyd olunmuş prosessor növü ən sürətlilər
siyahısına daxildir və hətta oyunlar üçün nəzərdə tutulmuş noutbooklarda belə
rast gəlinir. Həmçinin Xiaomi Mi Notebook Pro yüksək sinif məhsul kimi qələmə
verilir. Yəni onun ucuz başa gələcəyini gözləmək mənasızdır. Bununla belə bir
çox mənbələr onun 860$ civarında satılacağını qeyd edirlər. Müqayisə üçün
2016-cı il 13 inç-lik MacBook Pro modelinin qiyməti 1500$ təşkil edir.
Paylaş
Bənzər xəbərlər