main-post-cover

    Xiaomi Mi Play smartfonunun render fotoları və texniki göstəriciləri ortaya çıxdı

    Elm & Texnologiya
    19.12.2018
    Farid Pardashunas
        İnternetdə Xiaomi Mi Play adlı yeni smartfonun keyfiyyətli press render fotoları və texniki göstəriciləri ortaya çıxıb. Ortaya çıxmış Mi Play fotoları bir neçə müddət bundan öncə TENAA telekommunikasiya agentliyinin məlumatlar bazasında aşkar edilmiş Xiaomi M1901F7T smartfonuna çox bənzəyir. İlk öncə güman edilirdi ki, TENAA-da ortaya çıxmış smartfon fotosu məhz Redmi 7 Pro modelinə məxsusdur. Lakin görünür, bu belə deyil. Paylaşılmış yeni fotolardan da görmək olar ki, Xiaomi Mi Play smartfonu genişformatlı ekran, ekran üzərində V şəkilli çıxıntı hissə, ikili arxa kamera və arxa paneldən barmaq izi skanı ilə təchiz olunacaq.

        Render fotolara və TENAA-dakı məlumatlara əsasən Mi Play modeli şirkətin tamamilə yeni smartfon seriyası olacaq. Daha öncə güman edilirdi ki, o, Çin bazarı üçün nəzərdə tutulmuş Pocophoen F1 smartfonunun xüsusi versiyasıdır. Beləliklə yeni smartfon Full HD+ keyfiyyətli 5.84 düym ekrana, 2.3 GHz tezlikdə çalışan prosessora (çox güman ki, Snapdragon 400 və ya Snapdragon 600 seriyası), 3/4/6 GB RAM, 32/64/128 GB daxili yaddaş həcmi, 12 MP-lik ikili arxa kamera və 2900 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi Mi Play modelinin təqdimatı 24 dekabr tarixində baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər