Xiaomi Mi Superbass Wireless Headphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib

Xiaomi Mi Superbass Wireless Headphones adlı yeni naqilsiz qulaqlıq təqdim edilib

Texnologiya
15.07.2019 PAYLAŞIM

    Xiaomi şirkəti Mi Superbass Wireless Headphones adlı yeni naqilsiz qulaqlıq modelini təqdim edib. Təqdim edilmiş yeni naqilsiz qulaqlıq modeli digərlərindən yüksəldilimş baslar, bir dəfə şarj olunandan sonra uzun zaman çalışmaq, Bluetooth 5.0-dan istifadə və naqil ilə qoşulma cəhətdən fərqlənir. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib.


    Sözügedən yeni qulaqlıq modeli 40 millimetrlik dinamik drayverlərə sahibdir. Şirkətin verdiyi məlumata əsasən həmin drayverlər yüksək güclü basların verilməsinə şərait yaradır. Smartfona və ya digər səs mənbəsinə bu qulaqlıq Bluetooth 5.0 və ya 3.5 mm-lik audiogiriş vasitəsilə qoşulur. 400 mAh enerji tutumlu batareyaya sahib Mi Superbass Wireless Headphones 80% səs gücü səviyyəsində 20 saat ərzində musiqiyə qulaq asmağa imkan verir.


    Qulaqlıq micro-USB girişi vasitəsilə 100% enerjini 2 saata yığır. Qulaqlıqda səsli köməkçi dəstəyi olsa da həmin səsli köməkçinin hansı dilləri dəstəkləyəcəyi barəsində bir məlumat verilməyib. Qulaqlıq Android iOS-i dəstəkləyir. Xiaomi Mi Superbass Wireless Headphones artıq Hindistanda 26$ qiymətində satışa çıxıb. Onun başqa bazarlarda da satılıb-satılmayacağı hələki bilinmir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Fast: Dünyanın ən böyük və ən həssas teleskopu artıq Çində işləyir

Çin dövləti Fast adını verdikləri dünyanın ən böyük və həssas teleskopunun artıq işlədiyini bildirdi..


Microsoft-un 250 milyon istifadəçisinin özəl məlumatları sızdırılıb

Skype istifadəçilərinin danışıqlarının dinlənməsi məsələsi üzrə baş vermiş qalmaqaldan sonra Microso..


Pocophone F1 smartfonunun davamçısının adı bəlli oldu (VİDEO)

Poco brendinin Xiaomi-dən ayrılaraq müstəqil brendə çevrilməsindən sonra internetdə sözügedən brendi..


iPhone 9-un (iPhone SE 2) təqdimat tarixi məlum oldu

iPhone SE-nin davamçısının hansı ada sahib olacağı barəsində məlumatın ortaya çıxmasından sonra inte..


HarmonyOS-dan xəbər var: Telefonlar, kompüterlər və planşetlərdə istifadə olunac..

Huawei CEO-su Ren Zhengfei HarmonyOS ilə bağlı açıqlamalar verdi. ƏS-i telefonlar, kompüter və planş..


Google, Apple Safari brauzerinde 5 təhlükəli açıq aşkarladı

Google, Apple şirkətinin internet brauzeri olan Safari-də 5 təhlükəli açıq aşkarladı.