Xiaomi Mi TV A75 Competitive Edition adlı yeni 4K televizorunu təqdim edib - QİYMƏTİ

Xiaomi Mi TV A75 Competitive Edition adlı yeni 4K televizorunu təqdim edib - QİYMƏTİ

Texnologiya
23.05.2023 PAYLAŞIM

    Xiaomi şirkəti Mi TV A75 Competitive Edition adlı yeni 4K televizorunu təqdim edib. Sözügedən yeni televizor 120 Hz-lik təsvir yenilənməsinə sahib 4K UHD keyfiyyətli 75 düym ekran ilə təchiz olunub. Televizorun gövdəsi metal materialdan hazırlanıb və onun ekranı maksimal dərəcədə nazik çərçivələrə sahibdir. Şirkətin verdiyi məlumata əsasən ekran televizorun ön panelinin 97.7% sahəsini əhatə edir. Televizorun internetə qoşulması üçün ona Wi-Fi 5 adapteri quraşdırılıb. Bununla yanaşı Mi TV A75 Competitive Edition iki ədəd USB və iki ədəd HDMI girişə sahibdir. Televizor 4 ədəd Cortex-A32 nüvəsinə sahib prosessor, 2 GB RAM32 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Mi TV A75 Competitive Edition Çin bazarında artıq satışa çıxıb və 440$-a satılır. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.




DAHA ÇOX


Apple Vision Pro qarışıq reallıq cihazının yeni keyfiyyətli fotoları ortaya çıxı..

Apple şirkəti dünən gecə Vision Pro adlı ilk qarışıq reallıq (AR + VR / Mixed Reality) cihazını təqd..


Honor fərdi prosessorlarını istehsal edəcək

Vaxtı ikən ABŞ hökumətinin sərt sanksiyaları ilə qarşılaşaraq fərdi Kirin prosessorlarının istehsalı..


Apple yenilənmiş Mac Studio-nu təqdim edib - QİYMƏTİ

Yenilənmiş Mac Pro ilə yanaşı Apple yeni Mac Studio-nu da təqdim edib.


Apple M2 Ultra-ya sahib yenilənmiş Mac Pro-nu təqdim edib - QİYMƏTİ

WWDC 2023 konfransı çərçivəsində təqdim edilmiş yeni məhsullardan biri də yenilənmiş Mac Pro kompüte..


Apple ən güclü prosessoru M2 Ultra-nı təqdim edib

Apple WWDC 2023 konfransı çərçivəsində öz yeni və ən güclü prosessoru olan M2 Ultra-nı təqdim edib...


Apple Vision Pro qarışıq reallıq (AR + VR) cihazı təqdim edilib - QİYMƏTİ (VİDEO..

Bir neçə il ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra Apple şirkəti WWDC 2023 konfransı ç..

×