
Xiaomi Mi5-in foto çəkiliş nümunələri
Elm & Texnologiya
08.05.2017
Yeni təqdim olunacaq Xiaomi Mi5 smartfonu haqqında artıq çox şey eşitmişik. Təsdiq olunmuş məlumatlara əsasən demək olarki smartfon dördnüvəli Snapdragon 820 çipseti və 1920 x 1080 piksellik çıxışa malik ekran ilə təmin olunmuşdur.
Bunlara baxmayaraq şirkət smartfonun kamerası ilə bağlı hələ heç bir açıqlama verməyib. Şirkətin prezidenti Lin Bin isə Xiaomi Mi5 ilə çəkilən iki şəkili Weibo sosial şəbəkəsində izləyiciləri ilə bölüşüb.
Ümumi görüntüdə şəkillərin keyfiyyəti çox yaxşıdır. Son deyilənlərə inansaq smartfon 16 MP-lik bir kamera ilə təchiz olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...