
Xiaomi Mi6-nın texniki göstəriciləri sızdırılıb
Elm & Texnologiya
08.05.2017
Hələki anons olunmamış Xiaomi Mi6 smartfonu artıq Xiaomi
Device online mağazasında təqdim edilib. Smartfonun fotosu olmasa da onun
texniki göstəriciləri təqdim edilib. Xiaomi şirkəti satışa Xiaomi Mi 5s-in
xüsusi modelini çıxartmağa hazırlaşır. Mi6 isə Mi5 flaqman smartfonunu əvəz etməlidir.
Deməli Mi6 5.2 inç 1920x1080 piksel keyfiyyətli IPS ekrana, 4 nüvəli Qualcomm
Snapdragon 830 prosessoruna, 4 GB-lıq RAM-a, 64 GB-lıq daxili yaddaşa və 3000
mAh enerji tutumlu batareyaya sahib olacaq. Smartfon 16 MP-li arxa və 4 MP-li
ön kamera ilə yanaşı barmaq izinin skanı funksiyası ilə də təchiz olunacaq. Qeyd etmək
lazımdır ki, Mi6 microSD funksiyasını dəstəkləməyəcək. Xiaomi Mi6 2017-ci ilin
fevral ayında satışa çıxacaq. Onun qiyməti 499.99 dollar təşkil edəcək.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...