main-post-cover

    Xiaomi Mi9 barədə məlumatlar ortaya çıxdı

    Elm & Texnologiya
    29.01.2019
    Emil Nəcəfov
        Xiaomi Mi9 smartfonunun satışa çıxması yeni məlumat sızıntısı ilə təsdiqləndi. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində sözügedən smartfonun posteri ortaya çıxıb. Bu barədə Androidpure saytı xəbər verib. Posterdəki foto sözügedən smartfon modelinin dizayn özəlliklərini ortaya çıxartmasa da, onun əsas özəlliklərindən birini sərgiləyir. Söhbət, ekrana inteqrasiya edilmiş barmaq izi skanı tenxologiyasından gedir.
        Məlumata əsasən Xiaomi Mi9 modeli 19:9 nisbətli Full HD+ keyfiyyətli 6.4 düym AMOLED ekran (V şəkilli çıxıntı hissəli), 8 nüvəli Snapdragon 855 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, Quick Charge 4.0 sürətli enerji yığma texnologiyalı 3500 mAh enerji tutumlu batareya, 48 MP (Sony IMX586) + 12 MP (ToF modulu) + daha bir kamera modullu üçlü arxa kamera və 24 MP-lik ön kamera ilə təchiz olunacaq. Xiaomi Mi9 MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışmalıdır. Smartfonun dəqiq təqdimat tarixi barəsində məlumat verilməsə də məlumata əsasən Mi9 modeli gələn ay təqdim ediləcək. Onun güman olunan qiyməti isə 450$-dır.

    Linki kopyala