main-post-cover

    Xiaomi Mi9-dan daha güclü: Redmi K20 Pro flaqman smartfonu AnTuTu testindən keçib

    Elm & Texnologiya
    16.05.2019
    Farid Pardashunas
        Xiaomi şirkətinin rəhbəri Lu Weibing təqdimata hazırlaşan K20 Pro flaqman smartfonunun AnTuTu test nəticəsini təqdim edib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə təqdim olunmuş hesabata əsasən K20 Pro flaqman smartfonu soyutma sistemli Snapdragon 855 prosessoru ilə təchiz olunub və AnTuTu testi çərçivəsndə inanılmaz 458.000 xal toplayıb.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, həmin prosessora sahib olan Xiaomi Mi9 smartfonu 373.000 xal toplayır. AnTuTu bençmark saytına əsasən K20 Pro smartfon modelindən öncə məhz Mi9 modeli Aprel ayına görə Android cihazlar arasında ən güclüsü hesab olunurdu. Son məlumat sızıntılarına əsasən K20 Pro modeli 6.39 düym AMOLED ekran (ekran üzərində çıxıntı hissəsiz) ilə təchiz olunacaq. Ön kamera isə smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdiriləcək.

        Smartfon həmçinin 48 MP-lik üçlü arxa kamera, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, sürətli enerji yığma texnologiyasına sahib 4000 mAh enerji tutumlu batareya, USB Type-C girişi, 3.5 mm-lik audiogiriş, NFC Modul və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası ilə təchiz olunmalıdır.
        K20 Pro modelindən əlavə olaraq Redmi brendi həmçinin adi K20 modelini də təqdim edəcək. O sadəcə olraaq sahib olduğu prossessor ilə fərqlənəcək. Belə ki, məlumata əsasən adi K20 modeli Snapdragon 730 prosessoru ilə təchiz olunacaq. Bir sıra məlumatlara əsasən Redmi-nin ilk flaqman smartfon seriyası artıq gələn həftə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər