main-post-cover

    Xiaomi Mi9 flaqman smartfonunun real fotoları ortaya çıxıb

    Elm & Texnologiya
    14.02.2019
    Farid Pardashunas
        İnternetdə Xiaomi şirkətinin yeni flaqman smartfon modeli olan Mi9-un yeni fotoları yayılıb. Bu barədə Gagadget saytı xəbər verib. Əvvəlki model kimi Xiaomi Mi9 da şüşə materialdan hazırlanmış gövdəyə sahib olacaq. Smartfonun ön panelində V şəkilli çıxıntı hissəyə sahib genişformatlı ekran yerləşəcək və barmaq izi skanı tenxologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Arxa paneldə isə şaquli şəkildə yerləşdirilmiş üçlü kamera və LED işıqlandırma sistemi var. Smartfonun maraqlı özəlliklərindən biri də onda səsli köməkçini işə salmaq üçün ayrıca düymənin olacağıdır.

        Məlumata əsasən Xiaomi Mi9 smartfonu FHD+ keyfiyyətli 6.4 düym AMOLED ekran (Gorilla Glass 5 qoruyucu şüşə örtüklü), Snapdragon 855 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 48 MP + 12 MP + 3D TOF üçlü arxa kamera və Quick Charge 4.0 sürətli enerji yığma özəllikli 3500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

        Smartfon MIUI 10 interfeysli Android Pie əməliyyat sistemi vasitəsilə çalışacaq. Güman edilir ki, smartfon iki versiyada satışa çıxacaq. Onlardan biri adi versiya digəri isə 5G dəstəkli versiya olacaq. Smartfonun baza modelinin qiymətinin 440$ təşkil edəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Xiaomi Mi9 smartfonu 20 fevral tarixində təqdim olunacaq. Həmin gündə həmçinin Samsung şirkəti özünün Galaxy S10 seriyasını təqdim edəcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər