main-post-cover

    Xiaomi Mi9 Lite Avropa bazarında hansı qiymət göstəricisi ilə satılacaq?

    Elm & Texnologiya
    14.09.2019
    Emil Nəcəfov
        Məşhur hindistanlı insayder Sudhanshu Ambhore Çində satılan Xiaomi CC9 modelinin qlobal versiyası olacaq Mi9 Lite smartfonunun hansı qiymətə satılacağı barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən Mi9 Lite modelinin 6 GB RAM və 64 GB daxili yaddaş versiyası 365%-a, 8 GB RAM və 128 GB daxili yaddaş versiyası isə 385$-a satılacaq.
        Bu isə CC9-un Çindəki qiymətindən 100$ bahadır. Qeyd etmək lazımdır ki, Mi9 Lite modelinin təqdimatı 16 sentyabr tarixində İspaniyada baş tutacaq. Daha sonra isə smartfon digər bazarlarda da satışa çıxacaq. Mi9 Lite modeli Çində satılan CC9-un tam kopyası olacaq. Sadəcə olaraq Mi9 Lite modelinin üçüncü kamera modulu fərqli olacaq. Belə ki, CC9 modelində üçüncü kamera modulu 8 MP-dir. Mi9 Lite modelində isə üçüncü kamera modulu 13 MP-lik olacaq. 
    Linki kopyala