Logo
    main-post-cover

    Xiaomi Mini PC 2023 adlı yeni kompakt ölçülü kompüter təqdim edilib - QİYMƏTİ

         Xiaomi şirkəti Mini PC adlı kompakt ölçülü kompüterinin yeni versiyasını təqdim edib. Yeni versiya Mini PC 2023 adını əldə edib. Bu yeni kompüter 12 nüvəli Intel Core i5-1340P prosessoru vasitəsilə çalışır. Sözügedən prosessorun standart çalışma tezliyi 2.8 GHz, yüksək çalışma tezliyi isə 4.6 GHz təşkil edir. Prosessor həmçinin 12 MB-lik keş yaddaşına və 28 vatt enerji sərfiyyatına sahibdir.
         Şirkətin verdiyi məlumata əsasən Mini PC 2023-ün performansı əvvəlki model ilə müqayisədə 10% yüksəlib. Mini PC 2023 həmçinin özündə 16 GB RAM-ı və 512 GB-lıq SSD-ni birləşdirir. Kompakt ölçülü kompüterdə iki ədəd USB 3.2 Type-A, Thunderbolt 4 dəstəkli 2 ədəd USB-C, HDMI 2.1Ethernet 2.5 girişləri mövcuddur. Kompüterin komplektinə 100 vatt gücündə şarj adapteri daxildir. Mini PC 2023 artıq Çin bazarında 480$-a satışa çıxıb. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir.
    Paylaş