Logo
    main-post-cover

    Xiaomi-nin 3 nanometrlik prosessoru MediaTek-in 5G modemini əldə edəcək

    Elm & Texnologiya
    02.12.2024
    Emil
         Son zamanlarda ortaya çıxmış məlumata əsasən Xiaomi şirkəti gələn il flaqman smartfonları üçün nəzərdə tutulmuş fərdi 3 nanometrlik prosessorunu təqdim edəcək. Bir neçə həftə bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi 3 nanometrlik prosessorunun hazırlanma mərhələsini uğurla yekunlaşdırıb. İndi isə prosessor barəsində yeni təfərrüatlar ortaya çıxıb. Ortaya çıxmış məlumat prosessorun 5G modemini əhatə edir. Belə ki, məlumata əsasən Xiaomi-nin 3 nanometrlik prosessorunda 5G modem qismində MediaTek T90 istifadə ediləcək.
         Qeyd etmək lazımdır ki, MediaTek sözügedən 5G modemini hələ təqdim etməyib. Bu mövzuda Xiaomi-nin hansı səbəbə görə Qualcomm-u seçmədiyi aydın deyil. Belə ki, Qualcomm mobil 5G modemlər sahəsində lider şirkətdir. Ola bilsin ki, Xiaomi-ni Qualcomm tərəfindən öz məhsullarına təyin edilən yüksək qiymət qane etməyib. Qualcomm öz məhsullarının istehsalçılara baha qiymətə satılması ilə seçilir. Lakin Xiaomi fərdi 3 nanometrlik prosessorunda xərclərin mümkün qədər aşağı olmasına hədəflənib. Bu baxımdan şirkətin MediaTek məhsulunu seçməsi başa düşüləndir. Xiaomi-nin ilk olaraq hansı smartfonunun 3 nanometrlik prosessoru əldə edəcəyi bilinmir.
    Paylaş