main-post-cover

    Xiaomi-nin elektromobili Çinin avtomobil yollarında test edilir

    Elm & Texnologiya
    08.01.2023
    Farid Pardashunas
        Xiaomi şirkətinin ilk elektromobilinin gələn il satışa çıxması gözlənilir. Lakin Çindəki avtomobil yollarında Xiaomi-yə məxsus olduğu güman edilən müəmmalı avtomobil ortaya çıxıb. Ortaya çıxmış fotolardan da görmək olar ki, müəmmalı avtomobilin dizaynı xüsusi örtüklər vasitəsilə gizlədilib. Lakin bununla belə onun gövdəsinin ümumi görüntüsünü görmək olar. Sözügedən fotolar Çinin Weibo sosial şəbəkəsində Whylab ləqəbli istifadəçi tərəfindən təqdim edilib. Onun sözlərinə əsasən fotolarda avtomobilin iki versiyası əks olunub. Onlardan biri sarı, digəri isə boz rəngdə tormoz sisteminə sahibdir. Bundan əlavə olaraq fotolardan görmək olar ki, avtomoblin yuxarı hissəsində LiDAR skaneri mövcuddur.
        Digər bir fotoda isə görmək olar ki, avtomobilin bamperlərində xüsusi radarların yerləşdikləri yerlərdə qara rəngli örtük bir neçə dəliyə sahibdir. Bu, həmin radarların qara rəngli örtük vasitəsilə bağlanmaması üçün edilib. Əgər bu fotolar həqiqətən də Xiaomi şirkətinin elektromobilinə aiddirlərsə, deməli şirkət onun avtomobil yollarında testlərinə artıq start verib. Xiaomi-nin CEO-su Lei Jun şirkətin elektromobil istehsalı ilə məşğul olacağını anons edən zaman qeyd etmişdi ki, elektromobilin 2024-cü ildə satışa çıxarılması planlaşdırılır. Onun qiyməti isə 40 000$-dan yüksək olmayacaq. insayderlərin verdikləri məlumatlara əsasən şirkətin ilk elektromobili Xiaomi Pilot adlı avtopilot sisteminə sahib olacaq. Bununla yanaşı elektromobilin bir dəfə şarj olunandan sonra 1000 km yol qətt edə biləcəyi gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər