main-post-cover

    Xiaomi'nin gamer smartfonunun adı bəlli oldu: Black Shark 2 deyil

    Elm & Texnologiya
    22.10.2018
    Emil Nəcəfov
        Artıq sabah Xiaomi şirkəti öz gamer smartfonunun ikinci nəslini təqdim edəcək. Lakin məlumata əsasən şirkətin Black Shark modelinin adında 2 rəqəmi olmayacaq. Bunun yerinə smartfon Xiaomi Black Shark Helo adlanacaq. Bu barədə Phonearena saytı xəbər verib. Smartfonun özü haqqında isə demək olar ki, hər şey məlumdur. Belə ki, Black Shark Helo 18:9 nisbətli 5.9 inç Full HD+ ekran, Snapdragon 845 prosessoru və 8 GB RM ilə təchiz olunacaq. Bu gamer smartfonunun oyunlar üçün olacaq özəllikləri barəsində məlumat yoxdur. Xarici görünüşcə smartfon qeyri adi dizayna sahibdir və onun arxa panelindəki loqosu işıq saça biləcək. Smartfon barəsində digər məlumatlar, onun qiyməti və satışa çıxma tarixi barəsində isə artıq sabah məlumatlar veriləcək. Güman olunur ki, Black Shark Helo-nun qiyməti 500$ təşkil edəcək.

    Linki kopyala