Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Texnologiya
07.04.2021 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəsində şirkətin yaradıcısı və CEO-su Lei Jun rəsmi şəkildə elan etmişdi ki, Xiaomi elektromobil istehsalı ilə məşğul olacaq. İndi isə o, Çinin Weibo sosial şəbəkəsində istifadəçilər arasında elektromobil barəsində sorğu keçirdib. Beləliklə istifadəçilər arasında aparılmış sorğuya əsasən məlum olub ki, şirkətin ilk elektromobili idman tərzində olmamalıdır. Lei Jun-un sözlərinə əsasən ilk Xiaomi elektromobili ya sedan ya da crossover olacaq.

    Lakin Çində Tesla Model Y modelinin yüksək dərəcədə məşhur olduğunu nəzərə alaraq böyük ehtimal ilə Xiaomi-nin ilk elektromobili məhz crossover tərzində olacaq. Elektromobilin qiymətinə gəldikdə isə şirkət CEO-su qeyd edib ki, söhbət, 15.000$-dan 45.000$-a qədər olan qiymət aralığından gedir. Bununla belə sorğuda iştirak etmiş istifadəçilərin əksəriyyəti 15.000$-dan yüksək qiymət göstəricisi ilə razıdır. Bu isə o deməkdir ki, Xiaomi elektromobili ya büdcəli ya da orta büdcəli model olacaq.


    Maraqlısı ondadır ki, avtomobilin gövdəsinə Xiaomi loqosunun yerləşdirilib-yerləşdirilməməsi məsələsində istifadəçilər yekun bir qərara gələ bilməyiblər. Lei Jun bildirib ki, şirkət hal hazırda elektromobilin Xiaomi brendi altında və ya tamamilə yeni brend altında istehsalı barəsində düşünür. Qeyd etmək lazımdır ki, Xiaomi yaxın 10 il ərzində bu sahəyə külli miqdarda investisiyalar yatırmağı planlaşdırır. Şirkət ilkin olaraq sözügedən layihəyə 1.53 milyard dollar investisiya yatıracaq. Xiaomi-nin ilk elektromobilinin nə zaman satışa çıxacağı barəsində bir məlumat yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni naqilsiz neyrointerfeys fikir gücü vasitəsilə planşetdən istifadə etməyə im..

Alimlərdən ibarət komanda beyin siqnallarının naqilsiz ötürülməsi imkanını verən yeni neyrointerfeys..


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×