Logo
    main-post-cover

    Xiaomi-nin ilk elektromobili yenidən avtomobil yollarında görülüb

        Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir. Gözləntilərə əsasən şirkətin ilk elektromobili bu il təqdim olunacaq. Onun satışlarına isə gələn il start veriləcəyi planlaşdırılır. İndi isə məlum olub ki, Xiaomi-nin elektromobili yenidən avtomobil yollarında görülüb. Görünür, şirkət onun testlərini aktiv şəkildə davam etdirir. Təqdim edilmiş fotolardan da görmək olar ki, elektromobilin gövdəsi xüsusi qara örtük ilə əhatə olunub. Lakin bununla belə elektromobil gövdəsinin ümumi konturlarını və şarj girişini görmək olar. İlkin məlumatlara əsasən Xiaomi-nin ilk elektromobili MS11 adlanacaq. Onu da qeyd etmək lazımdır ki, elektromobil idman avtomobillərinin dizaynına sahib olacaq və özündə LiDAR skanerini birləşdirəcək.
    Paylaş
    Bənzər xəbərlər