main-post-cover

    Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub

    Elm & Texnologiya
    19.10.2021
    Farid Pardashunas
        Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start verməyi planlaşdırır. Elektromobilin irimiqyaslı istehsalına artıq 2024-cü ilin birinci yarısında start verilməsinin planlaşdırılması barədə məlumatı Xiaomi-nin CEO-su Lei Jun bildirib. Bu barədə məlumatı Lei Jun şirkət investorları ilə görüş zamanı verib. Lei Jun-un arxasında olan fotoya əsasən demək olar ki, Xiaomi-nin ilk elektromobili məhz sedan olacaq. Lakin həmin foto sadəcə fon üçün də qoyulmuş ola bilər. Beləliklə elektromobilin irimiqyaslı istehsalının startına hələ 3 il vaxt var.
        İnvestorlarla görüş zamanı Lei Jun şirkətin elektromobil sahəsinin inkişafından danışıb. Qeyd etmək lazımdır ki, 1 sentyabr tarixində Xiaomi Pekində öz elektromobil şöbəsini qeydiyyatdan keçirtmişdi. Xiaomi-nin elektromobil üzərində çalışacaq şirkətinin adı Xiaomi EV-dir. Elektromobillərin istehsalı üçün nəzərdə tutulacaq ilk zavod Pekinə yaxın ərazidə yerləşəcək.
        Məlumata əsasən elektromobilin yaradılmasında 450 nəfər, istehsalında isə 1000 nəfər insan iştirak edəcək. Gözləntilərə əsasən şirkətin elektromobilləri Xiaomi ekosisteminə sıx şəkildə inteqrasiya ediləcəklər. Lei Jun-un investorlar qarşısında müsbət çıxışından sonra şirkət səhmlərinin qiymətlərində artım müşahidə olunub. Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi rəsmi şəkildə elan etmişdi ki, o, elektromobil istehsalı ilə məşğul olacaq. Həmin vaxtda şirkət bildirmişdi ki, növbəti 10 il ərzində bu sahəyə 10 milyard dollar investisiya yatıracaq. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər