Xiaomi'nin prezidenti şirkətin ilk əyilə bilən smartfonunu sərgilədi (VİDEO)
Elm & Texnologiya
23.01.2019
Orxan Jafarli
Xiaomi şirkətinin həmtəsisçisi və prezidenti Lin Bin, şirkətin ilk əyilə bilən smartfon modelinin əks olunduğu videonu paylaşıb. Şirkətin ilk əyilə bilən smartfon modeli xarici görünüşcə bir qədər futuristik görünür. Smartfon ekranının ətrafında maksimal dərəcədə nazik çərçivələr var və Galaxy F-dən fərqli olaraq Xiaomi şirkətinin əyilə bilən smartfon modeli iki tərəfdən də əyilə bilir. Cihaz böyük planşetdən bir əldə tutmaq üçün kompakt smartfona çevrilir.
Lin Bin-in sözlərinə əsasən bu hələki prototip modeldir. Lakin çox güman ki, smartfonun final versiyası da bu cür görünəcək. Şirkət hələki əyilə bilən smartfonun adı ilə bağlı yekun qərara gəlməyib. Lakin məlumata əsasən şirkət Dual Flex və Mi Flex adlarında seçim arasında qalıb. Smartfonun texniki göstəriciləri barəsində hələki heç bir məlumat yoxdur. Çox güman ki, Xiaomi şirkətinin ilk əyilə bilən smartfon modelinin təqdimatı gələn ayın sonunda keçiriləcək MWC 2019 sərgisində baş tutacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ