main-post-cover

    Xiaomi'nin Redmi brendi iki ədəd flaqman smartfon təqdim edəcək

    Elm & Texnologiya
    10.05.2019
    Farid Pardashunas
        Bir neçə müddət bundan öncə məlum olmuşdu ki, Xiaomi şirkətinin müstəqil şəkildə fəaliyyət göstərən Redmi brendi iki ədəd flaqman smartfon modelini satışa çıxarda bilər. İndi isə bu məlumatı məşhur hindistanlı insayder Ishan Agarwal təsdiqləyib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Redmi brendinin iki flaqman smartfon modeli növbəti rəng variantlarında satışa çıxacaq: Red, Blue və Carbon Fiber.
        Bununla yanaşı smartfonlar 6/8 GB RAM və 64/128/256 GB daxili yaddaş həcminə sahib olacaqlar. Sözügedən iki smartfon barəsində digər fərqləndirici özəlliklər haqqında məlumat verilməyib. Lakin güman olunur ki, smartfonlardan biri Snapdragon 855 prosessoru, digəri isə Snapdragon 730 prosessoru ilə təchiz olunacaq.
        Bununla yanaşı gözləntilərə əsasən bu smartfonlar çərçivəsiz və çıxıntısız ekran, smartfon gövdəsinin yuxarı hissəsinin daxilinə yerləşdirilmiş ön kamera, üçlü arxa kamera və Google Pay ödəniş sistemi üçün NFC modul ilə təchiz olunacaq. Smartfonların təqdimatları artıq bu ay baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər