
Xiaomi-nin yeni flaqman modeli Mi Mix 2S təqdim olundu
Elm & Texnologiya
27.03.2018
Emil
Şanxayda keçirilmiş təqdimat çərçivəsində
Xiaomi şirkəti öz yeni flaqman modeli olan Mi Mix 2S-i təqdim etdi. Xarici
görünüşcə yeni model keçən ilki Mi Mix 2-dən o qədər də fərqlənmir. Lakin buna
baxmayaraq yeni model bir xeyli dəyişikliklər əldə edib. Belə ki, əvvəlki
modellər lazımi keyfiyyətdə olan kamera ilə təchiz olunmamışdılar. Mi Mix 2S isə
smartfon bazarında ən yaxşı kameralardan birini əldə etdi. Xarici görünüşcə
Mi Mix 2S keçən ilki Mi Mix 2-dən o qədər də fərqlənmir. Ön paneldən onlar hətta
bir-birilərinin oxşarıdır. Lakin Mi Mix 2S-in arxa panelində ikili arxa kamera
yerləşir və bu, smartfonun əsas özəlliyidir. Görünür, buna görə şirkət əsas
diqqətini məhz onun üzərində qurub.

Mi Mix 2S 12 MP-lik ikili arxa kamera ilə təchiz
olunub. Birinci kamera adi obyektivdən, ikinci kamera isə teleobyektivdən ibarətdir.
1.4 mikrometr ölçülü böyük piksellərin hesabına matrisa daha çox işığı əhatə
edir və beləliklə pis işıqlandırılmış mühitdə daha keyfiyyətli fotolar əldə etmək
olur. Bundan əlavə olaraq kameralar keyfiyyətin itirilməsinə imkan verməyən
ikiqatlı optik zoom və arxa fonun bulanıq düşməsinə imkan verən portret çəkilişi
özəlliklərinə sahibdirlər. Təkmilləşdirilmiş kameralardan əlavə olaraq Mi Mix 2S
şirkətin ilk smartfonudur ki, fotoların keyfiyyətini yüksəltmək üçün süni zəka
funksiyalarından istifadə edir. Sistem kadrda olan səhnəni təyin edir və həmin
andakı vəziyyət üçün olan ən optimal foto özəlliklərini təqdim edir.

Smartfonlardakı kameraların keyfiyyətlərini yoxlayan DxOMark saytının mütəxəssisləri
yeni smartfonun kamerasına 101 xal verərək yüksək qiymətləndiriblər. Mi Mix
2S-in daha bir özəlliyi isə naqilsiz şarj texnologiyasını dəstəkləmək olub. Bu,
şirkətin ilk belə bir cihazıdır. Şirkət həmçinin naqilsiz şarj üçün orijinal
şarj stansiyasını da təqdim edib.

Texniki göstəricilərə gəldikdə isə Mi Mix 2S
5.99 inç Full HD+ texnologiyalı IPS ekran, 8 nüvəli Snapdaron 845 prosessoru,
6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş, biri f/1.8 digəri isə f/2.4
diafraqmalı olan 12 MP-lik ikili arxa kamera, f/2.0 diafraqmalı 5 MP-lik ön kamera
(smartfonun aşağı hissəsində yerləşir) və 3400 mAh enerji tutumlu batareya
(Quick Charge 3 texnologiyaları) ilə təchiz olunub. Sözügedən smartfon AnTuTu
testlərində 277.178 xal yığır. Mi Mix 2S MIUI 9.5 interfeysli Android 8.0 Oreo əməliyyat
sistemi vasitəsilə çalışır. Beləliklə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib
versiya 525$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 575$-a, 8 GB
RAM və 256 GB daxili yaddaşa sahib versiya isə 640$-a satılacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
