
Xiaomi-nin yeni flaqman smartfonun göstəriciləri sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
GizmoChina mənbəsi Xiaomi-nin yeni flaqman smartfonu Redmi
Note 4-ün qutusunun fotosunu təqdim edib. Yeni smartfon hal-hazırda bazardakı ən
güclü çiplərdən biri olan MediaTek Helio X20 ilə təchiz olunacaq. Redmi Note
4-ün təqdm olunmuş qutusunun fotosunda yeni smartfonun bütün özəlliklərini görmək
mümkündür. Verilən məlumata əsasən 10 nüvəli Redmi Note 4 iki veriyada istehsal olunacaq. Onlar RAM və
daxili yaddaş həcmlərinə görə fərqlənəcəklər. Belə ki, smartfonlardan biri 3
GB-lıq RAM-a (64 GB daxili yaddaş), digəri isə 4 GB-lıq RAM-a (128 GB daxili
yaddaş) sahib olacaq. Smartfon 1920x1080 piksel keyfiyyətli 5.5 inç ekranla bir
yerdə 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Bəzi şaiyələrə əsasən
arxada ikili kamera olacaq. Batareyaya gəldikdə isə Redmi Note 4-ün birinci
versiyası 4000 mAh, ikinci versiyası isə 4100 mAh enerju tutumlu batareyaya
sahib olacaq. Bundan əlavə olaraq smartfon iki SIM-kart və barmaq izi skanı
funksiyalarını dəstəkləyəcək. Xiaomi Redmi Note 4 27 iyul tarixində rəsmi
olaraq təqdim olunacaq. Çox güman ki, həmin tarixdə şirkət MacBook Air-ə bənzəyən
nazik və yüngül noutbook-ları da təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər