main-post-cover

    Xiaomi'nin yeni MIUI interfeysindən ilk şəkillər sızdırıldı

    Elm & Texnologiya
    14.05.2018
    Nijat Hamid
    Bir çox Android telefon istehsalçısı kimi Xiaomi də öz telefonlarında MIUI adlanan özünə məxsus interfeysi istifadə edir. Xiaomi sevərlər üçün ən önəmli olan özəlliklərdən biri də bu interfeysdir.  Bildiyimiz kimi, yaxın zamanlarda Google kofransı keçirildi və Android P(9.0) təqdim edildi. Beta olaraq bu sistem Xiaomi Mi Mix 2S versiyasına da qurula bilirdi.    
    Xiaomi Mi Mix 2S üçün Android P Beta üzərində hazırlanan MIUI interfeysinin şəkilləri sızdırıldı. MIUI 9 olaraq bəhs edilsə də, bir sonrakı MIUI 10 üçün test edildiyi deyilir.    
    Bu dəyişikliklərin MIUI 9 üzərində edildiyi və hələki sadəcə Android P Beta ilə birliktə Xiaomi Mi Mix 2S modelində istifadə edilə bildiyini qeyd edək. Şəkillərdən gördüyünüz kimi kilid ekranı, ana ekran kimi bir çox yer dəyişdirilib. İnternetdə gəzən söyləntilərə görə isə, hazırkı Beta versiyada olan MIUI üzərində daha çox dəyişiklik edib MIUI 10-u çıxaracaqlar.

    Linki kopyala