
Xiaomi-nin yeni mobil prosessoru Surge S2 adı ilə təqdim oluna bilər
Elm & Texnologiya
08.01.2025
Emil
Xiaomi şirkəti 8 il bundan öncə Surge S1 adlı ilk mobil prosessorunu təqdim etmişdi. Sözügedən prosessoru Xiaomi Mi 5c smartfonu əldə etmişdi. Lakin son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Xiaomi bu il yeni mobil prosessorunu təqdim edəcək. Mi kodunda aşkar edilmiş məlumatda qeyd edilib ki, Xiaomi-nin yeni mobil prosessoru XRing kod adına sahibdir. Lakin nəticədə o, Surge S2 adı ilə təqdim edilə bilər.
Məlumata əsasən Xiaomi-nin yeni prosessoru TSMC-nın 3 nanometrlik texnoloji prosesi əsasında hazırlanacaq və o, 8 nüvəli olacaq. Prosessor tərkibində nüvələr “1 + 3 + 4” sxemi üzrə yerləşəcəklər. Gözləntilərə əsasən prosessor özündə 1 ədəd Cortex-X3 nüvəsini, 3 ədəd Cortex-A715 nüvəsini və 4 ədəd Cortex-A510 nüvəsini birləşdirəcək. Prosessorda qrafik imkanlardan isə Imagination CXT-48-1536 çipi cavabdeh olmalıdır. Güman olunur ki, onda 5G modem qismində MediaTek-in T90 adlı 5G modemi çıxış edəcək. Çox güman ki, Xiaomi bu il təqdim edəcəyi yeni mobil prosessorunu bəzi flaqman smartfonlarında istifadə edəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
