
Xiaomi noutbooklarının texniki göstəriciləri sızdırılıb
Elm & Texnologiya
07.05.2017
Farid
27 iyul tarixində Xiaomi şirkəti çox güman ki, Redmi Pro
smartfonunu təqdim edəcək. Bir çox məlumatlara əsasən həmin gündə həmçinin şirkət
öz ilk noutbooklarını da göstərəcək. Lakin onların texniki göstəriciləri artıq
internetə sızdırılıb. Bir neçə müddət bundan öncə şirkət bildirmişdi ki, onun
istehsal edəcəyi noutbooklar heçdə baha olmayacaq. Belə ki, noutbooklar aktiv
sosial şəbəkə istifadəçiləri, məktəblilər və tələbələr üçün nəzərdə tutulacaq.
Görünür bunun tam əksi olacaq. Çünki təqdim olunmuş texniki göstəricilər əslində
büdcəli alıcı üçün nəzərdə tutulmayıb. Deməli birinci versiya olan MiBook Pro
Intel Core i7 prosessoru əsasında qurulacaq. O 16 GB-lıq DDR4 RAM, 512 GB HDD,
GeForce GTX970M videokartı və 15.6 inç ekranla təchiz olunacaq. Birinci versiya
1049 dollar qiymətinə satılacaq. İkinci versiya isə Intel Core i5 prosessoru əsasında
yığılacaq. O 8 GB-lıq DDR 4 RAM və 256 GB HDD ilə təchiz olunacaq. Birinci
versiyadan fərqli olaraq ikinci versiyanın qiymət strategiyası bir qədər
sevindirir. Belə ki, ikinci versiya 599 dollar qiymətinə satılacaq. Bundan əlavə
olaraq güman olunur ki, ya birinci versiya yadaki hər iki versiya 4K keyfiyyətli
ekranlara sahib olacaqlar.
Paylaş
Bənzər xəbərlər