Logo
    main-post-cover

    Xiaomi növbəti flaqman smart saatı üzərində çalışır

        İnsayderlərin vermiş olduqları məlumata əsasən Xiaomi öz yeni flaqman smart saatı üzərində çalışır. Söhbət, Xiaomi Watch 2 Pro-dan gedir. Sözügedən yeni smart saat IMEI məlumatlar bazasında ortaya çıxıb. Bu isə o deməkdir ki, Xiaomi Watch 2 Pro eSIM dəstəyinə sahib olacaq. Yeni smart saatın texniki göstəriciləri barəsində məlumat verilməsə də, bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi Google şirkətinin WearOS əməliyyat sistemi vasitəsilə çalışacaq və özündə Google servislərini birləşdirəcək smart saat üzərində çalışır. Heç istisna deyil ki, həmin vaxtda söhbət məhz Xiaomi Watch 2 Pro-dan gedirdi. Smart saatın nə zaman təqdim ediləcəyi bilinmir.
    Paylaş
    Bənzər xəbərlər