main-post-cover

    Xiaomi orta seqment telefonlar üçün öz Surge S2 prosessorunu istehsal edəcək

    Elm & Texnologiya
    29.04.2018
    Nijat Hamid
    Mobil bazarda adından bir xeyli söz etdirən Xiaomi şirkəti keçən il öz processoru olan Surge S1-i istehsal edərək bəzi telefonlarında istifadə etmişdi. Bu il isə yeni Surge S2 çipsetini istehsal edəcək və bir çox modelində istifadə edəcək. Hətta deyilənlərə görə, digər markalara belə satmağı düşünülür.
    Xiaomi Surge S2 çipsetinin istehsalı üşün TSMC şirkəti ilə müqavilə bağladı.        
    Surge S2 prosessoru 16 nm ölçüsündə istehsal ediləcək və 4 ədəd Cortex A73 (2.2 Ghz tezlikli), 4 ədəd Cortex A53 (1.8 Ghz tezlikli) nüvədən ibarət olacaq. Qrafik dəstəyini isə Mali G71MP GPU-dan alacaq. Ayrıca UFS 2.1 yaddaş formatında və LPDDR4 ram dəstəyinə malik olacaq. 
    Surge S1 prosessorunun Benchmark testlərindən 1-i.

    Linki kopyala