Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək

Xiaomi öz elektromobillərinin istehsalı üçün fərdi zavodunu inşa edəcək

Texnologiya
29.11.2021 PAYLAŞIM

    Bu ilin mart ayında Xiaomi şirkəti rəsmi olaraq elektromobil bazarına daxil olacağını elan etmişidi. Sentyabr ayında isə Xiaomi elektromobil biznesi ilə məşğul olacaq Xiaomi Automobile Co., Ltd şirkətini qeydiyyatdan keçirmişdi. 2 aydan sonra şirkət daha bir avtomobil şirkətinin qeydiyyatını reallaşdırdı. İndi isə məlum olub ki, Xiaomi öz elektromobillərinin istehsalı üçün nəzərdə tutulmuş fərdi zavoda sahib olacaq. Planlaşdırılan zavod Pekində inşa ediləcək. Gözləntilərə əsasən həmin zavod il ərzində 300.000 ədəd elektromobil istehsalı gücünə sahib olacaq. Dövlət tərəfindən dəstəyə sahib Beijing E-Town adlı iqtisadi inkişaf agentliyinin sözlərinə əsasən zavod iki mərhələdə inşa ediləcək və onda elektromobillərin irimiqyaslı istehsallarını artıq 2024-cü ildə işə salmaq mümkün olacaq.

    Məhz 2024-cü ildə Xiaomi-nin ilk elektromobil modelləri təqdim edilməlidir. Bundan əlavə olaraq Xiaomi elektromobil biznesi üçün nəzərdə tutulmuş baş ofisi, satış ofislərini və Pekinin iqtisadi və texnoloji inkişaf zonasında tədqiqat mərkəzlərini yaratmağı planlaşdırır. Qeyd etmək lazımdır ki, bu ilin mart ayında Xiaomi öz avtomobil biznesini anons edən zaman o qeyd etmişdi ki, növbəti 10 il ərzində bu sahəyə şirkət tərəfindən ümumilikdə 10 milyard dollar investisiya yatırılacaq. Xiaomi-nin avtomobil biznesi ilə şirkətin yaradıcısı və CEO-su olan Lei Jun şəxsən məşğul olur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta şirkətinin ilk smart saatı barəsində yeni məlumatlar ortaya çıxıb

Let’s Go Digital saytı Meta şirkətinin ilk smart saatı ilə bağlı patentini aşkar edib. Aşkar edilmiş..


Bu ilin sonunda smart silahlar satışa çıxacaqlar

Silah istehsalı ilə məşğul olan bir neçə şirkət bu ilin sonunda smart silahları satışa çıxardacaqlar..


Apple qarışıq reallıq cihazının hazırlanma mərhələsində texniki problemlər ilə q..

İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Apple şirkəti özünün ilk qarışıq reallıq (AR + V..


Dünyanın su üzərindəki ən böyük günəş elektrostansiyası istifadəyə verilib..

Huaneng Power International (HPI) şirkəti Çinin şərqində yerləşən Şantun adlı vilayətdə günəş elektr..


Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində yeni məlumatlar veri..

Son zamanlarda internetdə Apple şirkətinin qarışıq reallıq (AR + VR) cihazı barəsində daha çox məlum..


Huawei bu il HiSilicon Kirin prosessorlarının istehsalını bərpa edəcək

2019-cu ilə kimi smartfon bazarında 4 böyük mobil prosessor istehsalçısı mövcud idi.

×