
Xiaomi öz ilk elektromobilinin adını qeydiyyatdan keçirdib
Elm & Texnologiya
28.02.2023
Emil
Xiaomi şirkəti Modena adlı əmtəə nişanını qeydiyyatdan keçirdib. Bununla belə əmtəə nişanının təsvirində qeyd edilib ki, o, nəqliyyat vasitəsində istifadə ediləcək. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin ilk elektromobili məhz Modena adını əldə edəcək və o, iki versiyada təqdim ediləcək. Bundan əlavə olaraq son məlumat sızıntılarına əsasən Xiaomi həmçinin Lemans adlı digər bir elektromobil üzərində də çalışır və onun 2025-ci ildə satışa çıxarılması planlaşdırılır. Xiaomi hal hazırda Modena elektromobili üzərində aktiv şəkildə çalışır. Bu layihədə 2300-dən çox mütəxəssis iştirak edir. Gözləntilərə əsasən şirkət öz ilk elektromobilini artıq bu il təqdim edəcək. Onun satışlarına isə gələn il start verilməlidir.
Paylaş
Bənzər xəbərlər