Logo
    main-post-cover

    Xiaomi öz smartfonları üçün 7500 mAh həcmli batareyaları test edir

    Elm & Texnologiya
    08.08.2024
    Emil
         Xiaomi şirkəti öz smartfonlarını 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyalar ilə təchiz edərək batareya texnologiyalarını təkmilləşdirməyə davam edir. Ortaya çıxmış məlumata əsasən şirkət hal-hazırda 6500 mAh-dan daha böyük həcmli batareyaların testini aparır. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Xiaomi hal-hazırda öz smartfonları üçün 100-120 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib 5500 mAh-dan 7500 mAh həcmə kimi batareyaları test edir. Aşağıdakı siyahıda test edilən batareyaların dəstəklədikləri sürətli şarj texnologiyasının gücləri, batareyaların həcmləri və batareyaların nə qədər müddət ərzində 100% enerji yığdıqları əks olunub.
    - 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh-lıq batareya - 18 dəqiqə
    - 100 vatt gücündə sürətli şarj texnologiyalı 5500 mAh-lıq batareya - 34 dəqiqə
    - 120 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh-lıq batareya - 30 dəqiqə
    - 100 vatt gücündə sürətli şarj texnologiyalı 6500 mAh-lıq batareya - 49 dəqiqə
    - 120 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh-lıq batareya - 40 dəqiqə
    - 100 vatt gücündə sürətli şarj texnologiyalı 7500 mAh-lıq batareya - 63 dəqiqə.
     
    Paylaş