Logo
    main-post-cover

    Xiaomi Pad 6 Max planşeti Geekbench testlərindən keçib

        Xiaomi yaxın zamanda özünün Pad 6 Max adlı yeni planşetini təqdim etməyə hazırlaşır. Təqdimata az müddət qalmış sözügedən planşetin Geekbench testlərindən keçdiyi məlum olub. Geekbench testləri sayəsində Xiaomi Pad 6 Max barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə Geekbench testlərinə əsasən bu yeni planşet Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq və 12 GB RAM ilə Android 13 əməliyyat sisteminə sahib olacaq.
        Planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 1752 xal, çox nüvəli testi çərçivəsində isə 4618 xal toplayıb. Qeyd etmək lazımdır ki, Xiaomi Pad 6 Max planşeti demək olar Xiaomi Pad 6 Pro ilə eyni texniki göstəricilərə sahib olacaq. Sadəcə olaraq yeni planşet öz ekran ölçüsü ilə fərqlənəcək. Belə ki, Xiaomi Pad 6 Max-ın 14 düym ekran ilə təchiz olunacağı gözlənilir. Yeni planşet artıq 14 avqust tarixində qatlana bilən Mix Fold 3 smartfonu ilə birgə təqdim oluna bilər.
    Paylaş
    Bənzər xəbərlər