Logo
    main-post-cover

    Xiaomi Pad 6 Max planşeti təqdim olunub - QİYMƏTİ

        Xiaomi-nin öz təqdimat tədbiri çərçivəsində təqdim etmiş olduğu növbəti məhsul Pad 6 Max adlı yeni planşet oldu. Bu yeni planşet Xiaomi Pad 6 Pro-nun demək olar kopyasıdır və ondan böyük ölçülü ekran ilə fərqlənir. Beləliklə Xiaomi Pad 6 Max planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2880х1800 piksel keyfiyyətli 14 düym IPS ekran ilə təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Planşet özündə Dolby Atmos dəstəkli 8 ədəd səsgücləndiricini, 4 ədəd mikrofonu və NFC çipini birləşdirir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Planşetin qalınlığı 6.53 mm, çəkisi isə 750 qramm təşkil edir. Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi Pad 6 Max planşeti Snapdragon 8+ Gen 1 prosessoru, 8/12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin batareyası həmçinin 33 vatt gücündə ikitərəfli şarj texnologiyasını da dəstəkləyir. Yəni onun vasitəsilə digər cihazları şarj etmək mümkündür. Xiaomi Pad 6 Max yaxın günlərdə Çində satışa çıxacaq. Onun qlobal bazarda satılıb-satılmayacağı bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri isə aşağıdakı kimi olacaq.
    - 8 GB RAM + 256 GB yaddaş - 495$
    - 12 GB RAM + 256 GB yaddaş - 523$
    - 12 GB RAM + 512 GB yaddaş - 578$
    - 16 GB RAM + 1 TB yaddaş - 633$.
    Paylaş
    Bənzər xəbərlər