
Xiaomi Pad 6 Max planşetinin bəzi texniki göstəriciləri rəsmi şəkildə təqdim edilib
Elm & Texnologiya
10.08.2023
Emil
Xiaomi şirkəti 14 avqust tarixində təqdim edəcəyi yeni məhsullar barəsində məlumat verməyə davam edir. Bu dəfə şirkət Xiaomi Pad 6 Max planşetinin bəzi texniki göstəricilərini açıqlayıb. Beləliklə verilmiş məlumata əsasən Xiaomi Pad 6 Max planşeti 14 düym ekrana sahib olacaq və Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet özündə 67 vatt gücündə sürətli şarj texnologiyalı 10 000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Şirkət bildirib ki, Pad 6 Max 33 vatt gücündə ikitərəfli şarj texnologiyasını dəstəkləyəcək. Bu isə o deməkdir ki, istifadəçilər öz smartfonlarını planşet vasitəsilə şarj edə biləcəklər. Planşetdə üstəlik 8 ədəd səsgücləndirici quraşdırılacaq.
Paylaş
Bənzər xəbərlər