Logo
    main-post-cover

    Xiaomi Pad 6 Max planşetinin nə zaman təqdim olunacağı məlum olub

        Artıq məlumdur ki, Xiaomi gələn ay yeni qatlana bilən smartfonu olacaq Mix Fold 3-ü təqdim edəcək. Lakin bu, şirkətin gələn ay təqdim edəcəyi yeganə yeni məhsul olmayacaq. Dünən məlumat ortaya çıxmışdı ki, şirkətin yeni planşeti olacaq Xiaomi Pad 6 Max Çinin 3C adlı sertifikatlaşdırma agentliyində sertifikatlaşdırmadan keçib. Bu isə planşetin artıq yaxın zamanda təqdim olunacağına işarə edir. İndi isə Xiaomi Pad 6 Max-ın nə zaman təqdim olunacağı barəsində məlumat ortaya çıxıb.
        Beləliklə verilmiş məlumata əsasən Xiaomi Pad 6 Max planşeti artıq gələn ay təqdim olunacaq. Məlumatda qeyd edilib ki, şirkət sözügedən planşet üçün artıq MIUI 14 interfeysli Android 13-ü test edir. Xiaomi Pad 6 Max-ın texniki göstəriciləri barəsində məlumat olmasa da, artıq məlumdur ki, o, 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Böyük ehtimal ilə planşet 11 düymdən daha böyük ölçüdə ekrana sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər