Logo
    main-post-cover

    Xiaomi Pad 6 Max planşetinin təqdimatı anons edilib

        Xiaomi şirkəti özünün Pad 6 Max adlı yeni planşetinin təqdimatına artıq çox yaxındır. Dünən şirkət qatlana bilən Mix Fold 3 smartfonunun təqdimatını anons etdi. Smartfon 14 avqust tarixində təqdim ediləcək. İnsayderlər güman etdilər ki, Xiaomi Pad 6 Max planşeti də həmin gündə təqdim olunacaq. Xiaomi isə öz növbəsində bu məlumatı təsdiqləyib. Şirkət tərəfindən təqdim edilmiş posterdə qeyd edilib ki, Pad 6 Max planşeti 14 avqust tarixində təqdim ediləcək. Son məlumat sızıntılarına əsasən bu yeni planşet 14 düym ekrana sahib olacaq və Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.
    Paylaş
    Bənzər xəbərlər