
Xiaomi Pad 6 planşet seriyasının təqdimatı anons edilib
Elm & Texnologiya
13.04.2023
Emil
Xiaomi şirkəti Xiaomi 13 Ultra smartfonu ilə Mi Band 8 smart qolbağının nə zaman təqdim olunacaqlarını artıq elan edib. Bu iki yeni məhsul 18 aprel tarixində təqdim ediləcək. İndi isə şirkət Xiaomi Pad 6 planşet seriyasının təqdimatını anons edib. Əvvəlcədən də güman edildiyi kimi şirkətin yeni planşet seriyası 18 aprel tarixində Xiaomi 13 Ultra və Mi Band 8 ilə birlikdə təqdim ediləcək. Qeyd etmək lazımdır ki, bu seriyaya iki planşet modelinin daxil olacağı gözlənilir. Söhbət, Pad 6 ilə Pad 6 Pro-dan gedir. Son məlumat sızıntılarına əsasən adi Pad 6 modeli Snapdragon 870, Pad 6 Pro isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər