
Xiaomi Pad 6 planşetlərinin hansı prosessorlara sahib olacaqları rəsmi şəkildə təsdiqləndi
Elm & Texnologiya
14.04.2023
Emil
Son zamanlar Xiaomi Pad 6 planşet seriyası barəsində çoxlu sayda məlumat ortaya çıxıb. Artıq məlummdur ki, Xiaomi Pad 6 planşet seriyasını 18 aprel tarixində təqdim edəcək. Qeyd etmək lazımdır ki, bu seriyaya iki model daxil olacaq. Xiaomi Pad 6 və Pad 6 Pro. İndi isə şirkətin təqdim etmiş olduğu yeni rəsmi tizer fotosu sayəsində sözügedən planşetlərin hansı prosessorlar vasitəsilə çalışacaqları dəqiq şəkildə məlum olub. Beləliklə rəsmi tizer fotosuna əsasən adi Xiaomi Pad 6 modeli Snapdragon 870 prosessoru, Xiaomi Pad 6 Pro modeli isə Snapdragon 8+ Gen 1 prosessoru ilə təchiz olunacaq.
Paylaş
Bənzər xəbərlər