
Xiaomi Pad 6 Pro planşeti Geekbench testlərindən keçib
Elm & Texnologiya
14.04.2023
Xiaomi şirkətinin 18 aprel tarixində təqdim edəcəyi Pad 6 planşet seriyasına daxil olacaq Pad 6 Pro modelinin Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı artıq məlumdur. Planşetin təqdimatına az müddət qalmış o, Geekbench testlərindən keçib. Geekbench testlərindən keçmiş Xiaomi Pad 6 planşeti 12 GB RAM-a və Android 13 əməliyyat sisteminə sahibdir. Beləliklə planşet Geekbench-in bir nüvəli testi çərçivəsində 1712 xal, çox nüvəli testi çərçivəsində isə 4348 xal toplayıb. Son məlumat sızıntılarına əsasən Xiaomi Pad 6 Pro planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2.8K keyfiyyətli 11 düym AMOLED ekran və 67 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib batareya ilə təchiz olunacaq.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...