Xiaomi Pad 6 Ultra planşeti barəsində yeni məlumatlar verilib

Xiaomi Pad 6 Ultra planşeti barəsində yeni məlumatlar verilib

Texnologiya
13.03.2023 PAYLAŞIM

    Bəzi məlumatlara əsasən Xiaomi şirkəti yaz fəslində böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə əsas diqqət həmçinin Xiaomi Pad 6 planşet seriyasına ayrılacaq. Daha öncə insayderlər xəbər vermişdilər ki, Xiaomi Pad 6 planşet seriyasına bir neçə model daxil olacaq və onlardan ən flaqmanı Xiaomi Pad 6 Ultra modeli olacaq. Ultra modelini digər Xiaomi Pad 6 modellərindən fərqləndirəcək əsas özəlliklər arasında böyük ölçülü OLED ekran və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası olmalıdır.

    İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi Pad 6 Ultra planşeti barəsində yeni məlumatları təqdim edib. İnsayder bildirib ki, sözügedən planşet seriyasının Ultra modelinin gövdəsi sudan və tozdan qorunma özəlliyinə sahib olacaq. Bundan əlavə olaraq planşet bir neçə kamera obyektivinə sahib olması ilə seçiləcək. Məlumatda qeyd edilib ki, onun əsas arxa kamera obyektivi 108 MP-lik ola bilər. Xiaomi-nin öz növbəti böyük təqdimat tədbirini aprel ayında keçirəcəyi güman edilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ford şirkəti Explorer adlı elektrikli krossoveri təqdim edib - QİYMƏTİ

Təqdim edilmiş elektrikli krossover Volkswagen şirkətinin MEB adlı modul platforması əsasında qurulu..


Nothing Ear (2) naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ

Nothing şirkəti növbəti yeni məhsulunu təqdim edib. Söhbət, Nothing Ear (2) adlı naqilsiz qulaqlıqda..


Üzən Günəş panelləri 6000-dən çox şəhərin elektrik enerjisi tələbatını tamamilə ..

Aparılmış yeni tədqiqata əsasən üzən Günəş panelləri planetin müxtəlif nöqtələrində olan minlərlə şə..


Apple öz elektromobilinin salonu üçün unikal işıqlandırma texnologiyasını patent..

Apple şirkəti Project Titan adı altında bilinən layihəsi çərçivəsində hazırlanan gələcək elektromobi..


Huawei FreeBuds 5-in real fotosu ortaya çıxıb

23 mart tarixində Huawei şirkətinin növbəti təqdimat tədbiri keçiriləcək.


Elon Musk Starship-in ilk orbital uçuşunu anons edib

SpaceX şirkətinin CEO-su Elon Musk planetlərarası Starship kosmik raketinin ilk orbital uçuşunu anon..

×