
Xiaomi Pad 6 və Pad 6 Pro planşetlərinin nə zaman təqdim olunacaqları məlum olub
Elm & Texnologiya
23.02.2023
Emil
Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi şirkətinin Xiaomi Pad 6 və Pad 6 Pro planşetlərinin nə zaman təqdim olunacaqlarını açıqlayıb və onların bəzi texniki özəllikləri barəsində məlumat verib. Beləliklə insayder bldirib ki, sözügedən planşetlər ya gələn ay ya da aprel ayında təqdim olunacaqlar. Adi Xiaomi Pad 6 modeli Snapdragon870 prosessoru, Pad 6 Pro modeli isə MediaTek Dimensity 9000 və ya Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq. Adi Xiaomi Pad 6 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 11 düym, Pad 6 Pro isə 144 Hz-lik təsvir yenilənməsinə sahib 12 düym ekranla təchiz olunmalıdır. Planşetlərin hansı qiymətə satılacağı barəsində məlumat yoxdur.
Paylaş
Bənzər xəbərlər