
Xiaomi Pad 7 Pro-nun bəzi texniki özəllikləri ortaya çıxıb
Elm & Texnologiya
27.11.2023
Emil
Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi şirkəti artıq Xiaomi Pad 7 planşet seriyası üzərində çalışır. Sözügedən seriyaya adi Xiaomi Pad 7 ilə birlikdə həmçinin Xiaomi Pad 7 Pro da daxil olacaq. İndi isə internetdə Xiaomi Pad 7 Pro modeli barəsində bəzi məlumatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumatlara əsasən sözügedən planşet 144 Hz-lik təsvir yenilənməsinə sahib 2367x1480 piksel keyfiyyətli 10 düym LCD ekranla təchiz olunacaq. Məlumatlarda qeyd edilib ki, Xiaomi Pad 7 Pro planşeti keçən ilki Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı planşet özündə ikili ön kameranı və bir ədəd ön kameranı birləşdirəcək. Xiaomi Pad 7 planşet seriyasını yaxın zamanda gözləmək lazım deyil. Çox güman ki, bu planşet seriyası 2024-cü ilin birinci yarısında təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Təqdimatdan öncə Redmi Watch 4 ilə bağlı bəzi rəsmi məlumatlar təqdim edilib
Keçən həftə Redmi brendi rəsmi şəkildə anons etdi ki, 29 noyabr tarixində Redmi K70 smartfon seriyası ilə birlikdə üstəlik Redmi Watch 4 smart saatı təqdim ediləcək.

Cihazlar+
Xiaomi 14 Ultra-nın bəzi texniki imkanları açıqlanıb
Xiaomi 14 smartfon seriyasının satışlarına hələ bir neçə müddət bundan öncə start verildi.

Cihazlar+
Xiaomi 4 smartfonunun dəstəyini dayandırıb
Xiaomi şirkəti özünün EOS (End Of Support) siyahısına 4 smartfonu daxil edib.

Cihazlar+
Redmi K70 Pro-nun dizaynı rəsmi şəkildə sərgilənib
Xiaomi-nin Redmi brendi 29 noyabr tarixində Redmi K70 smartfon seriyasını təqdim edəcək.

Cihazlar+
Məşhur insayder Redmi K70 Pro-nun satış qiyməti barəsində məlumat verib
Ice Universe ləqəbli məşhur insayder Redmi K70 Pro-nun qiyməti barəsində məlumat verib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
