
Xiaomi Pad 7 Pro planşeti barəsində ilk məlumatlar verilib
Elm & Texnologiya
13.11.2023
Emil
Xiaomi şirkəti bu ilin əvvəlində Xiaomi Pad 6 planşet seriyasını təqdim etmişdi. İndi isə şirkət onun davamçısı üzərində çalışır. Söhbət, Xiaomi Pad 7 planşet seriyasından gedir. Sözügedən yeni planşet seriyasına Xiaomi Pad 7 və Pad 7 Pro modellərinin daxil olacaqları gözlənilir. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində Xiaomi Pad 7 Pro modeli barəsində məlumatlar verib.
Beləliklə insayderin sözlərinə əsasən planşet LCD ekranı əldə edəcək və 144 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Planşetin arxa kamera dizaynı Xiaomi 14-ün arxa kamera dizaynına bənzəyəcək. İnsayder bildirib ki, Xiaomi Pad 7 Pro planşeti Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası vasitəsilə çalışmalıdır. Planşet barəsində digər bir məlumat hələ yoxdur. Xiaomi Pad 7 planşet seriyasının gələn ilin birinci yarısında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
