Logo
    Xiaomi Pocophone F1 smartfonunun təqdimat tarixi rəsmi olaraq açıqlandı

    Xiaomi Pocophone F1 smartfonunun təqdimat tarixi rəsmi olaraq açıqlandı

        Xiaomi şirkəti rəsmi olaraq özünün yeni Poco adlı subbrendi adı altında ilk smartfon modelinin təqdmat tarixini açıqladı. Twitter-də paylaşılmış posterə əsasən Pocophone F1 smartfonu 22 Avqust tarixində təqdim olunacaq. Təqdimat tədbiri isə Hindistanın Nyu-Dehli şəhərində baş tutacaq. Qeyd etmək lazımdır ki, Pocophone F1 smartfon modeli Xiaomi şirkətinin nisbətən aşağı qiymət göstəricili flaqman cihazı olmalıdır. Məlumata əsasən smartfon 5.99 inç Full HD+ keyfiyyətli ekran, 8 nüvəli Snapdragon 845 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, ikili arxa kamera və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Çox güman ki, Poco subbrendi öz ilk smartfon modelini OnePlus 6-nın rəqibi kimi qələmə verəcək.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Xiaomi Pocophone F1 smartfonunun təqdimat tarixi rəsmi olaraq açıqlandı