main-post-cover

    Xiaomi Pocophone F1 təqdimatdan öncə online mağazalarda aşkar edildi

    Elm & Texnologiya
    07.08.2018
    Emil Nəcəfov
        Görünür, Xiaomi şirkəti sözün əsl mənasında Avropa bazarına öz əsas diqqətini ayırıb. Belə ki, şirkətin Pocophone F1 adlı yeni flaqman smartfonu artıq yaxın zamanda satışa çıxacaq. Baxmayaraq ki, sözügedən smartfon hələki təqdim olunmayıb, onun ön sifarişləri artıq bir sıra saytlarda yer alıb. Bundan əlavə olaraq onun texniki göstəriciləri və qiyməti də məlum olub. Bu məlumatlardan belə qənaətə gəlmək olar ki, Pocophone F1 şirkətin baha olmayan flaqman modeli olacaq. Pocophone F1 Rumıniyanın PC Garage adlı online mağazasında aşkar edilib. Məlumata əsasən sözügedən smartfon modeli 2246x1080 piksel keyfiyyətli 5.99 inç ekranla təchiz olunacaq.

        Ekran üzərində isə çıxıntı hissə olacaq. Smartfon 2.7 GHz tezlikdə çalışan Snapdragon 845 prosessoruna və maye soyuducu sistemə sahib olacaq. Bundan əlavə olaraq Pocophone F1 6 GB RAM, 64 GB daxili yaddaş (microSD dəstəkli), 12 MP + 5 MP ikili arxa kamera, 20 MP-lik ön kamera və Quick Charge 3.0 sürətli enerji yığma özəllikli 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon USB Type-C və ənənəvi 3.5 mm-lik audiogirişə də sahibdir. Smartfonun standart versiyasının qiyməti 430 avro, 128 GB daxili yaddaşa sahib versiyanın təqribi qiyməti isə 460 avro təşkil edəcək. Xiaomi şirkəti isə Pocophone F1-in rəsmi təqdimat tarixini hələki açıqlamayıb.

    Linki kopyala