main-post-cover

    Xiaomi Pocophone F2-nin ilk render fotoları və məlumatları ortaya çıxdı

    Elm & Texnologiya
    24.12.2018
    Farid Pardashunas
        Bu ilin avqust ayında Xiaomi şirkəti özünün ən aşağı qiymət göstəricili flaqman smartfonu Pocophone F1 modelini təqdim etmişdi. İndi isə internetdə Pocophone F2 haqqında ilkin məlumatlar ortaya çıxıb. Məlumatları iGeekPhone adlı məşhur mənbə verib. İnternetdə ortaya çıxmış ilkin məlumatlardan əlavə təqdim edilmiş render fotolarından da görmək olar ki, smartfon maksimal dərəcədə nazik çərçivələrə və ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissəyə sahib olacaq.

        Həmin dairəvi hissəni xüsusi qara zolaqda gizlətmək mümkün olacaq. Həmçinin qara zolaqda smartfonun hansı enerji və şəbəkə səviyyəsinə sahib olduğu barəsində məlumat da əks olunacaq. Lakin smartfonun arxa panelinin rəng seçimi bir qədər maraqlıdır. Belə ki, arxa qapağın rəngi sarı və ya ağ rənglərdədir və qapağın ortasında qara rəngli qalın zolaq var. Həmin qara zolaqda Pocophone brendinin loqosu və şaquli şəkildə yerləşdirilmiş 4 ədəd kamera əks olunub.

        Məlumata əsasən Pocophone F2 Snapdragon 855 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş həcmi, sürətli enerji yığma texnologiyalı 3800 mAh enerji tutumlu batareya, 5G modemi və ekrana inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası ilə təchiz olunacaq. Pocophone F2-nin gələn ilin ikinci yarısında satışa çıxması gözlənilir. Onun qiyməti barəsində heç bir məlumat yoxdur. Lakin Pocophone F1 modelinin qiymətini nəzərə alsaq, heç şübhəsiz Pocophone 2 Xiaomi şirkətinin Snapdragon 855 prosessorlu ən ucuz smartfon modeli olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər