main-post-cover

    Xiaomi qan təzyiqini ölçən yeni smart saatını təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    27.10.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti Watch H1 adlı yeni smart saatını təqdim edib. Sözügedən yeni smart saatın əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, onun kəməri hava ilə dolma funksiyasına sahibdir. Bunun sayəsində Xiaomi Watch H1 qan təzyiqini ölçmək imkanını verir. Üstəlik smart saat tibbi cihaz sertifikatına da sahibdir. Xiaomi Watch H1 özündə kiçik ölçülü kompressoru birləşdirir. Həmin kompressor isə öz növbəsində smart saatın kəmərini hava ilə doldurur və qan təzyiqinin ölçülməsini mümkün edir. Şirkət bildirib ki, sözügedən funksiya ABŞ-ın FDA adlı tənzimləyici orqanı tərəfindən təsdiqlənib.
         Xiaomi Watch H1 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunub. Ekran Always-on-Display funksiyasını dəstəkləyir. Onun çəkisi isə 48.5 qramm təşkil edir. Sözügedən yeni smart saat həmçinin qandakı oksigen miqdarını və ürək döyüntüləri ritmini ölçə, elektrokardioqrammanı reallaşdıra, yuxu keyfiyyətinə və stress səviyyəsinə nəzarət edə bilər. Smart saat istifadəçinin düşüşünü təyin edə bilən sensora sahibdir. Əgər istifadəçi yıxılandan sonra bir neçə saniyə ərzində ondan reaksiya gəlməsə, smart saat avtomatik şəkildə yardım xidməti ilə əlaqə saxlayacaq.
         Xiaomi Watch H1 100-dən çox idman rejimini dəstəkləyir və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir. Smart saat 500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkətin sözlərinə əsasən smart saat Always-on-Display funksiyasının aktiv olmadığı halda 9 gün ərzində, aktiv olduğu halda isə 5 gün ərzində çalışa bilir. Xiaomi Watch H1 artıq Çin bazarında 272$ qiymətində satışa çıxıb. Daha sonra isə smart saat həmçinin ABŞ bazarında satılacaq. Onun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi K70 smartfonları yeni növ flaqman ekranları əldə edəcəklər
    redmi-k70-smartfonlari-yeni-nov-flaqman-ekranlari-elde-edecekler
    Xiaomi HyperOS-i təqdim edib
    xiaomi-hyperos-i-teqdim-edib
    Xiaomi Watch S3 smart saatı təqdim olunub - QİYMƏTİ
    xiaomi-watch-s3-smart-saati-teqdim-olunub-qiymeti
    Xiaomi 14 və Xiaomi 14 Pro təqdim olundu - QİYMƏTİ
    xiaomi-14-ve-xiaomi-14-pro-teqdim-olundu-qiymeti
    Təqdimata saatlar qalmış Xiaomi 14 smartfonlarının satış qiymətləri ortaya çıxıb
    teqdimata-saatlar-qalmis-xiaomi-14-smartfonlarinin-satis-qiymetleri-ortaya-cixib