main-post-cover

    Xiaomi qlobal bazarda Black Shark S1 adlı smart saatı təqdim edib - QİYMƏTİ

    Elm & Texnologiya
    29.09.2023
    Emil Nəcəfov
        Xiaomi şirkəti heç gözlənilmədən qlobal bazarda özünün Black Shark brendinin bir neçə yeni məhsulunu təqdim edib. Onlardan biri də Black Shark S1 adlı smart saatdır. Beləliklə Black Shark S1 smart saatı 60 Hz-lik təsvir yenilənməsinə sahib 466x466 piksel keyfiyyətli 1.43 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir. Onun gövdəsi isə IP68 standartı üzrə sudan qorunur. Smart saat özündə 100 idman rejimini birləşdirir və qandakı oksigen miqdarı ilə ürək döyüntüləri ritmini ölçə bilir. Xiaomi-nin sözlərinə əsasən Black Shark S1 bir dəfə şarj olunandan sonra 10 gün ərzində çalışa bilir. Sözügedən yeni smart saat 2 həftədən sonra satışa çıxacaq və 50$ qiymətində satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər