main-post-cover

    Xiaomi R1 adlı yeni smartfonun ilk fotosu sızdırıldı

    Elm & Texnologiya
    26.11.2017
    Farid Pardashunas
    “Xiaomi” şirkəti öz geniş çeşidli smartfon seriyasını yeni R modeli ilə daha da genişləndirmək istəyir.
     Yeni R seriyası altında təqdim olunacaq smartfon R1 adlanacaq. Onun həmçinin Mi R1 adlanacağı da istisna deyil. Qeyd etmək laızmdır ki, şirkət bu il artıq yeni Mi A seriyasına start vermiş və Xiaomi Mi A1 smartfonunu təqdim etmişdi. R1 modeli haqqında o qədər də çox məlumat olmasa da, onun keyfiyyətli fotosu artıq internetə sızdırılıb.

    Xiaomi R1 metal korpusa və 18:9 nisbətində ekrana sahib olacaq. Korpusun ətrafındakı çərçivələr isə maksimal dərəcədə nazik olacaqlar. Bundan əlavə olaraq onda USB Type-C girişinin olacağı məlumatı da var. Xiaomi R1-in satış tarixi barəsində heç bir məlumat yoxdur. Lakin güman olunur ki, o, 230$ civarında satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər