
Xiaomi Redmi 6-nın təqdimat tarixi məlum oldu
Elm & Texnologiya
07.06.2018
Emil
Xiaomi şirkətinin Redmi
seriyasından olan smartfonlar büdcəli seqmentdə ən məşhur cihazlardan biridir və
bu brendin pərəstişkarları artıq uzun müddətdir ki, Redmi 5-i əvəzləyəcək
smartfonu gözləyirlər. Nəticədə Xiaomi şirkəti Redmi 5-in davamçısının təqdimat tarixini
açıqladı. Şirkətin Weibo sosial şəbəkəsində paylaşdığı tizer fotoda 12 İyun
tarixi əks olunub. Həmin təqdimatda dəqiq olaraq Redmi 6 seriyasının modellərindən birini təqdim edəcəklər.

Heç istisna deyil ki, şirkət bir model ilə kifayətlənməyərək
Redmi 6A, Redmi 6 Pro/Plus modellərini də təqdim edəcək. Smartfon bazarındakı
sonuncu trendlərə əsasən Redmi 6 da ekran üzərində çıxıntı hissəyə sahib
olacaq. Bir neçə müddət bundan öncə Redmi 6 Pro modelinin texniki göstəriciləri
internetə sızdırılmışdı. Beləliklə həmin sızıntı məlumatlara əsasən smartfon 19:9
isbətli 2280x1080 piksel keyfiyyətli 5.84 inç ekran, 2.0 GHz tezlikdə çalışan 8
nüvəli prosessor, 2/4 GB RAM, 16-64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa
kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
