main-post-cover

    Xiaomi Redmi 6 və Redmi 6A üçün Android Pie yenilənməsi ləğv olundu

    Elm & Texnologiya
    17.04.2019
    Farid Pardashunas
        Xiaomi şirkəti büdcəli Redmi 6Redmi 6A smartfon modellərini keçən il təqdim etmişdi. Həmin vaxtda sözügedən smartfonlar Android Oreo əməliyyat sistemi vasitəsilə çalışırdılar. Lakin şirkət söz vermişdi ki, onlar Android Pie əməliyyat sisteminə kimi yenilənəcəklər. Lakin görünür, nəsə yolunda getmədi. Bu barədə Gagadget saytı xəbər verib.
        Şirkətin verdiyi məlumata əsasən bu büdcəli iki smartfon modeli üçün Android Pie yenilənməsi ləğv edilib. Təəssüflər olsun ki, şirkət bunun səbəbi barəsində məlumat verməyib. Lakin çox güman ki, tərtibatçılar sadəcə olaraq Android Pie əməliyyat sistemini bu smartfonlarda olan zəif texniki göstəricilər üçün optimizasiya edə bilməyiblər. Qeyd etmək lazımdır ki, bu siyahıya həmçinin Redmi S2 smartfonu da daxil olub. Onun üçün də Android Pie yenilənməsi işıq üzü görməyəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər