
Xiaomi Redmi Note 4X-in ilk real fotoları sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid
Keçən ilin sonunda Çinin TENAA adlı təşkilatında çoxlarının gözlədiyi Xiaomi Redmi Note 4X modeli sertifikatlaşdırmadan keçmişdi.

Yeni model, Redmi Note 4-ün təkmilləşdirilmiş versiyasıdır. CES 2017 sərgisində sözügedən smartfon təqdim olunmadı. Buna görədə bu brendin
pərəstişkarları gözləmək də davam edirlər. Bununla yanaşı internetə smartfonun
ilk real fotoları sızdırılıb. Lakin sızdırılmış fotolar, TENAA-da
sertifikatlaşdırmadan keçən versiyadan fərqlənir. Tək fərq isə ondan ibarətdir
ki, smartfonun barmaq izi skanı xüsusiyyəti onun arxa panelində deyil, qabaq
paneldəki "Home” düyməsində yerləşir. Başqa heç bir xüsusiyyətinə görə Redmi
Note 4X, orijinal modeldən heçdə fərqlənmir. Məlumata əsasən təkmilləşdirilmiş
versiya, 5.5 inç Full HD ekran, Snapdragon 653 prosessoru, 3/4 GB RAM, 4100 mAh
enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz
olunacaq.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
